Bakının Sabunçu rayonunda azyaşlı övladı ilə birgə yolu keçən atanı maşın vurub
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində poçt mərkəzinin qarşısında baş verib.
Belə ki, 1986-ci il təvəllüdlü Əhmədov Akaş Rəfael oğlu azyaşlı övladı ilə birgə yolu keçərkən onun övladı qəfil şosseyə çıxıb. Ata öz övladını qorumaq üçün avtomobilin qarşısına qaçıb. Nəticədə A.Əhmədovu maşın vurib. O, sol baldır sümüyünün sınığı diaqnozu ilə Travmatolpgiya İnstutuna yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB