Avtomobillə vurulan piyada xəstəxanada öldü

Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 25-də saat 20 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində şəhər sakini N.Şirizadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə