Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza olub

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza olub.

SİA xəbər verir ki, hadisə şəhərin Babək küçəsində baş verib.

Yolu keçmək istəyən şəhər sakini, 1984-cü il təvəllüdlü Mikayıl Əliyevi avtomobil vurub. Ağır bədən xəsarətləri alan M.Əliyev dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə