Ötən il azyaşlıların iştirakı ilə 33 qəza baş verib

2020-ci il Bakıda azyaşlılarla bağlı qeydə alınan qəzaların sayı açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, paytaxt üzrə ötən illə müqayisədə 12 hadisə azalması müşahidə olunub.

Nəticədə 4 ölüm faktı, 15 xəsarət sayı aşağı düşüb. Yəni 2020-ci ildə Bakı şəhəri üzrə azyaşlıların iştirakı ilə 33 qəza baş verib ki, nəticədə 7 nəfər həyatını itirib, 26-sı isə xasarət alıb.

2019-cu ildə isə müvafiq olaraq 45 hadisə qeydə alınıb ki, nəticədə 11 ölüm, 41 yaralanma qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə