Avtomobillə vurulan piyada xəstəxanada öldü

Paytaxtın Nizami rayonu ərazisində “Chevrolet” markalı avtomobillə paytaxt sakini E.Allahverdiyeva vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 18-də saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Salahlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Allahverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə