Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Əliyev Sahibəli Teyyub oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə