Binəqədi qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri B.Deyistani və İ.Məmmədov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov yanvarın 13-də saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Sabunçu rayonu ərazisində dəmir boruya vurulmuş vəziyyətdə tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri B.Deyistani və İ.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB