Mağazalardan oğurluq edən şəxs tutulub

Oğurluqda şübhəli bilinən Balakən rayonunun Qazma kənd sakini M.Xəlilov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisindəki mağazaların birindən müşahidə kamerasının yaddaş qurğusu və orada quraşdırılmış "Milli ön" ödəmə terminalından 3411 manat pul oğurlamaqda şübhəli bilinən Qazma kənd sakini, əvvəllər məhkum olunmuş M.Xəlilov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun daha 3 mağazadan ümumilikdə 800 manat pul, 2000 manat dəyərində tütün məmulatı, 25 ədəd yaddaş kartı, 15 kiloqram ət məhsulu, digər 1 mağazada quraşdırılmış "E-Manat" ödəmə terminalından 5427 manat pul oğurlaması, habelə 7 mağazadan və 1 kafedən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə