Şəkidə ağır qəza: ölən və yaralılar var

Şəki rayonunun Daşüz kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 12-də saat 16 radələrində Şəki rayonunun Daşüz kəndi ərazisində Qax rayon sakini R.Məcidov idarə etdiyi "Mercedes" markalı avtomobili körpüdən dərəyə aşırıb. Nəticədə sərnişini olan qardaşı Kənan hadisə yerində ölmüş, özü və digər 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə