Bakı sakinindən silah-sursat və narkotik götürülüb

Bakı sakinindən silah-sursat və narkotik götürülüb

Bakı şəhər sakini Ə.Nağıyevdən narkotik vasitələr və silah-sursat götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "TOZ-13" markalı tüfəng və 8 ədəd patron götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə