Bakı sakininin evindən silah - sursat aşkarlandı

Bakı sakininin evindən silah - sursat aşkarlandı

Bakıda silahlı şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Terequlovun yaşadığı evdən “Marqolin” markalı tapança, 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə