Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hərəkətdə olan “VAZ” markalı minik maşını idarə etməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 20 yaşlı Abbasov Nəriman və onun həmyaşıdı Məhərrəmli Eltun xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafiə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə