Sərnişin avtobusunun sürücüsünün qəfil əyləcdən istifadə edib: bir nəfər ağır xəsarət alıb

Sərnişin avtobusunun sürücüsünün qəfil əyləcdən istifadə edib: bir nəfər ağır xəsarət alıb

Bakının Yasamal rayonunda sərnişin avtobusunun sürücüsünün qəfil əyləcdən istifadə etməsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində hərəkətdə olan 39 nömrəli sərnişin avtobusunda baş verib.

Bu zaman müvazinətini itirən 1995-ci il təvəllüdlü Kazımov Seyran Rəşid oğlu avtobusun salonunda yerə yıxılıb. O, dizindən ağır xəsarət alıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə