Cəlilabadda ev yandı

Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə