İmişlidə dəhşətli qəza: ölən və yaralılar var

İmişlidə dəhşətli qəza: ölən və yaralılar var

İmişli rayonunun Cavadxanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil aşırıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 5-də saat 20 radələrində İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Mirili kənd sakini E.Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişinləri olan 2 nəfər xəstəxanaya yerləşdiriliblər. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə