Bərdədə yanğın baş verib

Bərdə rayonunun Qaradəmirçi kəndində ümumi sahəsi 80 m² olan köməkçi tikilinin tavanının yanar konstruksiyaları və içərisinə yığılan taxta materiallar 20 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə