Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 4-də saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Şağlaser kənd sakini Y.Bağırov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən kənd sakini Zemfira Kərimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB