Ötən gün avtoqəzada 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Ötən gün avtoqəzada 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü "isti izlər"lə açıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə