Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib.

Dağıntılar və ya tələfat barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə