Polisdən əməliyyat 25 kq narkotik ələ keçirildi

Polisdən əməliyyat 25 kq narkotik ələ keçirildi
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, əməliyyat zamanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana, evinə baxış zamanı isə oradan da əlavə olaraq 25 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə