Karantin rejiminin tələblərini pozan çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb Astarada
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən sərtləşdirilmiş karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Kolatan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, çayxanaya baxış keçirilən zaman orada, həmçinin mərc oyununun təşkil olunduğu da müəyyən edilib.
Həmin obyektin sahibi A.Bayramov və 9 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Qanunun tələblərini pozanlar barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB