Masallıda yanğın baş verib

Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları 50 m² sahədə və çardağına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə