Bakının Nəsimi rayonunda yaşayış binasında yanğın olub

Bakının Nəsimi rayonunda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə