Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Məmmədov Səbuhi Babaqayıb oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə