Şəmkir rayonunun ərazisində ölümlə nəticələnən yol qəzası baş verib

Şəmkir rayonunun ərazisində ölümlə nəticələnən yol qəzası baş verib

Şəmkir rayonunun Könüllü kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, "VAZ" markalı minik avtomobili və "Mercedes" markalı yanacaqdaşıyan avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə