Tərtərdə ağır qəza: ölən var

Tərtərdə ağır qəza: ölən var

Tərtər rayonunun Ələsgərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 27-də saat 1 radələrində Tərtər rayonunun Ələsgərli kəndi ərazisində Bərdə rayon sakini Amin Əsədov idarə etdiyi "Khazar" markalı avtomobili qarşıda gedən Tərtər şəhər sakini A.Hüseynovun idarə etdiyi "VAZ-2102" markalı avtomobilə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Əsədov orada ölüb. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə