Xaçmazda yanğın

Xaçmaz rayonunda ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə