Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Balakən rayonunun Heydər Əliyev prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, Balakən şəhər sakini, 1958-ci il təvəllüdlü Bəxtiyar Əmrullah oğlu Osmanov yolu keçmək istəyən zaman rayon sakini Faiq İbrahim oğlu Həşimovun idarə etdiyi “VAZ 2107” markalı 90 HO 133 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı ağır qapalı kəllə-beyn travması alan B.Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı bir neçə saat sonra aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə