Tovuzda məhkəmə işçisi evində ölü tapılıb

Tovuzda məhkəmə işçisi evində ölü tapılıb

Tovuzda məhkəmə işçisi dəm qazından boğularaq ölüb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Abulbəyli kəndində baş verib. Anar adlı şəxs evində ölü tapılıb.

İlkin məlumata görə, mərhum dəm qazından boğularaq dünyasını dəyişib. Hadisə yerinə Tovuz rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Dünyasını dəyişən şəxs Tovuz rayonunda məhkəmə sistemində çalışırdı.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə