Məktəbdən oğurluq edildi

Göyçay rayonu ərazisindəki tam orta məktəblərin birindən oğurluq törətməkdə şübhəli bilinən R.Adilov və T.Həsənov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki tam orta məktəblərin birindən 2000 manat dəyərində kompüter avadanlıqları, generator, musiqi mərkəzi, elektrik qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Adilov və T.Həsənov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə