Bakının Səbail rayonunda bir nəfər bıçaq xəsarətləri alıb

Bakının Səbail rayonunda bir nəfər bıçaq xəsarətləri alıb

Bakının Səbail rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

SİA xəbər verir ki, hadisə Mehdi Hüseyn küçəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həsənov Elfaq Elman oğlu yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb. O, qarnının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə