Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini P.Əliyeva saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini P.Əliyeva saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram heroin, 870 qram metamfetamin, Yasamal rayonunun Ə.Əhmədov küçəsindəki evindən isə 3 kiloqram 709 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə