Bakıda köşk yandı - Ölən var

Bakıda köşkdə yanğın hadisəsi baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə