Keçmiş məhkum oğurluq üstündə tutuldu

Keçmiş məhkum oğurluq üstündə tutuldu

Oğurluqda şübhəli bilinən Sumqayıt sakini M.Zəkiyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də şəhər ərazisində bir avtomobildən 553 manat pul, mobil telefon və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş M.Zəkiyev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir avtomobildən maqnitofon, 2 ədəd mobil telefon və qoşqu vasitələri oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə