İki avtomobil toqquşdu: ölən və yaralılar var

İki avtomobil toqquşdu: ölən və yaralılar var

Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 21-də saat 9 radələrində Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində Kürdəmir rayon sakini Şaiq Zərbəliyevin idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zərbəliyev hadisə yerində ölmüş, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə