Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda ətirlərin və ətir yağlarının gömrük nəzarətinə bəyan etmədən keçirilmə cəhdinin qarşısını alıblar. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, belə ki, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumata əsasən Xaçmaz dəmir yolu stansiyasında Rusiya Federasiyasına gedən qatara gömrük baxışı keçirilib. Qatarın vaqonlarının birində 76 ədəd karton qutularda olan alma yükünün içərisindən gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 418 ədəd ətir, 126 ədəd ətir yagi, 223 ədəd qəlyan tütünü, 1 ədəd etiket hazırlayan aparat, eləcə də külli miqdarda ətir qabları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB