Soyğunçuluq üstündə tutuldu

Soyğunçuluq etməkdə şübhəli bilinən Tovuz rayon sakini İ.Tağıyev müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 20-də paytaxtın Nizami rayonunun Ə.Hacıyev küçəsində bir nəfərin Bakı şəhər sakini Ə.Əliyevə zor tətbiq edib 100 manatını alması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini İ.Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə