Keçmiş məhkum narkotik üstündə tutuldu

Keçmiş məhkum narkotik üstündə tutuldu

Samux rayon sakini T.Məmmədovun yardımçı təsərrüfatından 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun yardımçı təsərrüfatından 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə