Astarada ağır qəza: ölən və yaralılar var

Astarada ağır qəza: ölən və yaralılar var

Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 21-də saat 1 radələrində Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində qəsəbə sakinləri T.Həsənovun və A.Fərzizadənin idarə etdkləri 2 “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra T.Həsənovun avtomobili yolun kənarındakı hasara dəyib.

Nəticədə T.Həsənov və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Hidayət Hidayətov orada ölüb.

Astara RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə