Keçmiş məhkumlar narkotik üstündə tutuldu

Keçmiş məhkumlar narkotik üstündə tutuldu

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri İ.Qasımov və R.Aslanov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, DİN Əlahiddə Çevik Polis Alayı və Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Qasımov və R.Aslanov saxlanılıblar.

İ.Qasımovun idarə etdiyi “AzSamand” markalı avtomobilə baxış zamanı oradan ona və sərnişini R.Aslanova məxsus 10 qramdan artıq heroin, 2,726 qram tiryək, 27 qrama yaxın marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə