Avtomobil qaçırdığına görə saxlanılmış A.Ramazanovun törətdiyi digər cinayət əməlləri müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avtomobil qaçırdığına görə saxlanılmış A.Ramazanovun ətrafında Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisində V.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması, C.Əzimova məxsus “VAZ-2107” markalı avtomobildən təmir-tikinti alətləri və inşaat materialları oğurlaması və İ.Sepxanova məxsus eyni markalı avtomobildən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB