İki avtomobil toqquşdu: ölən və yaralı var

İki avtomobil toqquşdu: ölən və yaralı var

Gədəbəy rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 17-də saat 19 radələrində Gədəbəy rayonu ərazisində Qarabulaq kənd sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21011” və Ş.Xudaverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Abdullayevin sərnişini olan həmkəndlisi Zabit Məmmədov hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilib.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə