Avtomobillə vurulan piyada xəstəxanada öldü

Avtomobillə vurulan piyada xəstəxanada öldü

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 17-də saat 5 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini X.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Eldar Heydərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə