Hacıqabulda yanğın

Hacıqabul rayonunda ümumi sahəsi 200 m² olan fəaliyyət göstərməyən barak tipli birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə