Bakının Məhəmmədi qəsəbəsində piyadanı minik avtomobili vurub

Bakının Məhəmmədi qəsəbəsində  piyadanı minik avtomobili vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, Məhəmmədi qəsəbəsində yolu keçən 1965-ci il təvəllüdlü Quliyev Ramiz Ramazan oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə