Şabran sakinindən odlu silah götürülüb

Şabran sakinindən odlu silah götürülüb

Şabran rayon sakini İ.Soltanovdan müvafiq sənədləri olmayan tüfəng götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şabran RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çayqaraqaşlı kənd sakini İ.Soltanovdan müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə