Bakı şəhər sakini İ.Rzazədəyə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dekabrın 15-də Z.Bünyadov prospektində Bakı şəhər sakini İ.Rzazədəyə zor tətbiq edilərək mobil telefonunun və gödəkçəsinin alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Z.Abbasov və əvvəllər məhkum olunmuş F.Dövlətov saxlanılıblar.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB