Qəbristanlıqdan 2000 manat dəyərində dəmir məhəccərləri oğurlamaqda şübhəli bilinən R.Orucov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayında Binəqədi şossesinin kənarında yerləşən qəbristanlıqda iki məzarın ətrafına çəkilmiş 2000 manat dəyərində olan dəmir məhəccərləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Orucov saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB