Gəncə şəhərində mənzillərin birində partlayış baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, mənzildə balon qazından istifadə zamanı onun üzərində olan su qazanı aşıb və qaz sızması partlayışa səbəb olub. Yanğın nəticəsində ev sahibinin azyaşlı oğlu Rzayev Ramil qol nahiyəsindən yanıq xəsarətləri alıb. Evin 10 kv.m sahəsi olan mətbəx və oradakı əşyalar istifadəyə yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırmalara başlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB