Hacıqabul ağır qəza: ölən var

Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 15-də saat 18 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Saatlı rayon sakini Ağabala Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobili beton yol ayırıcısına vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə